Quba rayonunda “MathCamp 2024” keçiriləcək. Bu haqda ShimalNews 13 mart tarixində məlumat verir.
Yaz düşərgəsinin IV mövsümü 21–25 mart tarixlərində təşkil ediləcək. Düşərgədə ali təhsil müəssisələrinin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr və son 2 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər.
Maraqlanan şəxslər martın 15-dək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.