Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şuşa, sən azadsan!” mövzusunda tədbir keçirilib. Bu barədə ShimalNews 25 noyabr tarixində Quba RİH-yə istinadən məlumat verir.
Tədbir bu gün Heydər Əliyev Mərkəzində “Şuşa İli” ilə əlaqədar təşkil olunub. Burada dövlət qurumlarının məsul şəxsləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, gənclər və məktəblilər iştirak ediblər.