Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Şuduq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 18 aprel tarixində məlumat verir.
Qəbulda rayon Polis şöbəsinin rəisi, İctimai Şuranın sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.