Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Məckəxacə kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 29 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.
Qəbulda rayon polis şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.