Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Güləzi kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 8 dekabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.
Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.