Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib. Bu haqda ShimalNews 25 iyul tarixində məlumat verir.
Kürkün kəndində təşkil edilən görüşdə icra başçısı İlqar Mahmudov, rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar görüş zamanı vətəndaşlar tərəfindən qadırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.
Qəbuldan əvvəl İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Kürkün kənd ümumi orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Yusif İmaməddin oğlunun büstünü ziyarət edib.