Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə yanğın qeydə alınıb.
ShimalNews Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, qurumun müvafiq bölmələri çağırış üzrə cəlb olunublar.
Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən alovun yayılması məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.