Quba rayonunun Xaltan kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, həyətyanı sahədə 15 ton ot bağlamasının 5 tonu yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub.
Yanğın söndürülüb, ot bağlamalarının qalan hissəsi mühafizə olunub.