Bu gün Qubanın Xınalıq kəndində yerləşən tibb məntəqəsinin feldşeri dünyasını dəyişib. Bu barədə ShimalNews 16 yanvar tarixində xəbər verir.
Haput kəndindən olan 68 yaşlı Mövlud Əhmədovun qəfil ürəyi tutub. Onu Quba Müalicə Diaqnostika mərkəzinə çatdırıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.
Sabah saat 12:00-da Nərimanabad kənd qəbiristanlığında dəfn mərasimi keçiriləcək.
Mərhum uzun müddət Əlik kəndində, sonralar isə Xınalıq kəndində, ümumilikdə 40 il Quba Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı kimi çalışıb.