Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qubanın ticarət obyektlərində yoxlamalar həyata keçirilib. Bu barədə ShimalNews 31 yanvar tarixində agentliyə istinadən məlumat verir.
Monitorinq zamanı Zərdabi qəsəbəsində yerləşən “Rəhman” marketdə nöqsanlar aşkar edilib. Yoxlama nəticəsində Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı qayda pozuntuları aşkarlanıb.
Sahibkara qarşı qanunamüvafiq tədbirlər görülüb.