Qubanın icra başçısı Qaraçay qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 21 dekabr tarixində İH-yə istinadən məlumat verir.
Qəbulda Ziyəddin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Polis şöbəsinin rəis müavini, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Ziyəddin Əliyev məsul şəxslərə tapşırıqlar verib.