Qubada “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi maarifləndirici tədbir keçirib. Bu barədə ShimalNews 26 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatı Azərbaycana istinadən məlumat verir.
“Məişət zorakılığı və məişət zorakılığından müdafiə” mövzusunda baş tutan təlimə Quba və ətraf rayonlardan qadın icma liderləri qatılıblar. Tədbirdə Məişət zorakılığının əsas xüsusiyyətləri və bu kimi hallarda ilkin müdaxilə üsulları, məişət zorakılığına qarşı qanunvericilikdə nəzərdə tutulan mübarizə formaları haqda məlumat əldə ediblər.