Qubada “Princess” marketində nöqsanlar aşkar edilib. Bu barədə ShimalNews 29 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Vaqif küçəsində yerləşən ticarət obyektində yoxlama zamanı Azərbaycan dilində markalanması olmayan məhsulların satışı aparıldığı müəyyən edilib. Bundan əlavə, ev şəraitində hazırlanan məhsulların satışının həyata keçirilməsi aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.