Quba Rayon Polis Şöbəsinin əməkdaşları "Telegram" sosial şəbəkəsində dələduzluq edənlərə qarşı tədbir keçiriblər.
Shimal.News xəbər verir ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Hafiz Hacıyev və Mədət Əliyev məsuliyyətə cəlb olunublar.
Həmin şəxslər sosial şəbəkədə kiber üsullarla vətəndaşın 9055 manat pul vəsaitini talayıblar və kriptovalyutaya çevirərək ölkə xaricinə çıxarıblar.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.