Quba rayonunun Vladimirovka kəndində 2 mağazadan oğurluq edən dəstə tutulub. Bu barədə ShimalNews 13 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Dekabrın 12-si Biləsuvar rayonunun Günəşli kəndindəki mağazaların birindən oğurluğa cəhd göstərilməsi barədə polisə məlumat daxil olub. Bununla bağlı polis əməkdaşları əməliyyat tədbiri keçiriblər.
Nəticədə əməli törətməkdə şübhəli bilinən rayon sakini İ.Şəbizadə, Quba rayon sakinləri V.Ağabalayev və R.Mirzəyev saxlanılıblar.
Məlum olub ki, onlar dekabrın 7-də Quba rayonunun Vladimirovka kəndindəki mağazalardan ümumilikdə 840 manat pul və 1352 manat dəyərində tütün məmulatı oğurlayıblar.
Araşdırma davam edir.