Qubalı müəllim Gənc Fənn Müəllimləri Birliyinə sədr seçilib. Bu barədə ShimalNews 28 dekabr tarixində Quba FRİTL-ə istinadən məlumat verir.
Birliyə sədr olaraq Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov, sədr müavini olaraq isə Quba Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin fiziki tərbiyə müəllimi Ziya Rüstəmov seçiliblər.