Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları Türkiyədə təcrübə keçirlər. Bu haqda ShimalNews 15 dekabr tarixində adıçəkilən instituta istinadən məlumat verir.
Təlim Türkiyə Respublikasının İzmir Yüksək Texnologiyalar İnstitutunun Molekulyar biologiya və genetika bölümündə dekabrın 17-dək aparılacaq.
Həmyerlilərimiz bitkilərin molekulyar genetikası və genom düzənləmə, o cümlədən bitkilərin DNT ekstraksiyasının hazırlanması, PCR vasitəsilə DNT-nin çoxaldılması, gel vasitəsilə görüntülənməsi və spektrofometrdə DNT keyfiyyətinin ölçülməsi və s. işlər üzrə nəzəri və praktiki biliklərə yiyələnirlər.