Qubalı mərhum rəqqas Dəyanət Məmmədovun yaxın dostu onun pis vərdişlərinin olmadığını qeyd edib. Bu barədə ShimalNews 5 dekabr tarixində məlumat verir.
“Ailəsi haqda məlumatım yoxdur. Sonuncu dəfə Dəyanət mayın 31-də oğlumun toyunda iştirak edib. Dost, qardaş idik. Nədən özünü asdığı məlum deyil. Pis vərdişlərə aludəçiliyi yox idi. Çox mülayim, mehriban insan idi. Heç gözləməzdim. Kaş yalan olsun”, - deyə Əli Məqsədoğlu bildirib.
31 yaşlı Dəyanət ailəli olub və himayəsində azyaşlı qızları var idi. Mərhum rəqqaslıqla yanaşı dekorasiya işi ilə də məşğul idi.
Daha öncə Dəyanətin gecə intihar etdiyi haqqında məlumat vermişdik.