top
Quba məktəblisindən görmə məhdudiyyətli şəxslər üçün İXTİRA - FOTO
13 mart 2025, 14:04
- ↺ +

Quba məktəblisindən görmə məhdudiyyətli şəxslər üçün İXTİRA - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqə üzrə qeydiyyatdan keçən 654 layihədən 138-i sərgidə iştirak hüququ qazanıb.

Maraqlı layihəsi ilə çıxış edənlərdən biri də Quba şəhəri Mehrab Niftəliyev adına texniki fənlər təmayüllü liseyin 11-ci sinif şagirdi Zamiq Şükürovdur.

Zamiq hazırladığı cihaz barədə fikirlərini AzEdu.az-la bölüşüb.

“Dünyada 35 milyon görmə məhdudiyyətli insanın 40 mini Azərbaycanda yaşayır. Hazırladığım cihazın adı “The Right Way”, yəni “Doğru yol”dur. Cihazın məqsədi görmə məhdudiyyətli insanlara yardım etməkdir. Bu qurğu, şəxsin qarşısına hər hansısa maneə çıxdığı zaman sensorlar vasitəsilə bunu hiss edib, siqnalzasiya verməyə başlayır. Bundan sonra  cihaz maneənin sağ və sol tərəfini yoxlayır. Əgər sağ tərəfdə yol varsa, bu zaman şəxsin əlinin sağ tərəfinə toxunur və oradan gedə biləcəyini bildirir.

Sensorun tapa bilməyəcəyi maneə – məsələn, açıq kanalizasiya borusu, çuxurlar və s. olduqda “The Right Way”ın altındakı kamera şəxsi süni intellekt vasitəsi ilə bunları görə bilir. Məsələn qarşıda açıq kanalizasiya borusu varsa, bu zaman həmin borunu kamera ilə müəyyənləşdirib, görmə məhdudiyyətli şəxsə qulaqlıqla xəbər verir ki, “Burada dayanın və gözləyin”. Daha sonra doğru yolu müəyyənləşdirib, yenə də qulaqlıqla son məlumatı ötürür. Süni intellektin ən yaxşı xüsusiyyəti 3 dildə danışa bilməsidir. O ingilis, türk və Azərbaycan dilində danışa bilir. Bizim dildə səlis danışa bilən yeganə cihazlardan biridir.

Cihazın ən böyük üstünlüyü ondan ibarətdir ki, sürülərək öz-özünə öyrənmə qabiliyyətinə malikdir. Gələcəkdə təxmin oluna bilməyən və ya biz tərəfdən cihaz beyninə əlavə edilməmiş əngəlləri belə, onun düşünmə qabiliyyəti tərəfindən təxmin edilə biləcək.

Cihazın qiyməti Azərbaycan bazarı üçün 200 AZN olacaq. Xarici ölkələr üçün isə 300 manata satış etməyi düşünürəm. Qeyd edim ki, rəqiblərimizin qiymətləri 700-2000 dollara qədərdir.

“The Right Way”ın məqsədi görmə məhdudiyyəti olan insanların heç kəsdən asılı olmadan öz həyatlarına davam etməsinə yardımçı olmaqdır”.

Zamiq qeyd edir ki, o məktəbi bitirdikdən sonra xarici ölkələrdən birində kibertəhlükəsizlik mütəxəssisi kimi təhsil almaq istəyir:

“Hazırladığım cihaz üçün 3000-dən çox kod yazmışam. Buna görə də məktəbi bitirdikdən sonra proqramçı, kibertəhlükəsizlik mütəxəssisi kimi təhsilimi davam etdirmək istəyirəm. Bunun üçün də hazırlıq görürəm”.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər