Quba şəhərində yerləşən kafedə yanğın baş verib. Bu barədə ShimalNews 30 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 200 kv.m olan birmərtəbəli iaşə obyektinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Əraziyə gələn xilasedicilər yanğını söndürüblər.