Quba rayon icra başçısı Zərqava kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 9 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
İlqar Mahmudovla yanaşı, sakinlərlə görüşdə rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.