Quba rayon icra başçısı İlqar Mahmudov vətəndaşların qəbulunu keçirib. Bu haqda ShimalNews 16 may tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda 10 nəfər sakin iştirak edib. Vətəndaşlar dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub. RİH-nin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün və digər qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların yerli rəhbərlərinə müvafiq tapşırıqlar verilib.