Quba rayonu Hacıhüseynli kənd məktəbində tikinti davam edir. Bu haqda ShimalNews 10 iyul tarixində məlumat verir.
Rayon İcra Hakimiyyətinin başçısı əraziyə gələrək, inşaat işləri ilə tanış olub. İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə baxış keçirib, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Təhsil müəssisəsinin birtipli və müasir tələblərə cavab verməklə 528 şagird yerlik inşa olunması nəzərdə tutulub.