Qubada Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsi veteranı ziyarət edilib. Bu haqda ShimalNews 9 may tarixində məlumat verir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və məsul şəxslər 9 May - Faşizm Üzərində Qələbənin 79-cu ildönümü münasibətilə rayonun tanınmış ağsaqqallarından birini, 100 yaşlı Qaflan Ömərovu evində ziyarət ediblər.
İcra başçısı müharibə veteranını bayram münasibətilə təbrik edib, ona hədiyyələr təqdim edib.