Qubada icra başçısı İlqar Mahmudov vətəndaşlarla səyyar görüş keçirəcək. Bu barədə ShimalNews 22 iyun tarixində məlumat verir.
Tədbir iyunun 25-i Qamqam kənd tam orta məktəbinin binasında keçiriləcək. Qəbulda Rustov, Bad, Baxçalı, Cadan, Cindar, Dəhnə, Güneyməhlə, Hacıağalar, Xənəgah, Kələbağ, Qalagah, Qamqam, Məckəxacə, Püstəqasım kənd sakinləri iştirak edə bilərlər.
Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.