Quba rayon icra başçısı vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 3 fevral tarixində RİH-yə istinadən məlumat verir.
Aşağı Xuc kəndində baş tutan görüşdə Ziyəddin Əliyev sakinləri narahat edən məsələləri dinləyib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
İcra başçısı qaldırılan məsələlərin həlli üçün aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib.