Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qubada ticarət obyektlərində yoxlamalar həyata keçirilib. Bu barədə ShimalNews 31 yanvar tarixində agentliyə istinadən məlumat verir.
Monitorinq zamanı H.Əliyev prospektində yerləşən “Grand” marketdə qayda pozuntuları aşkar edilib. Yoxlama nəticəsində Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsanlar aşkarlanıb.
Obyekt sahibinə qarşı qanunamüvafiq tədbirlər görülüb.