Quba rayonunda gənclərin iştirakı ilə gender bərabərliyi müzakirə olunub. Bu haqda ShimalNews 19 dekabr tarixində Quba-Xaçmaz Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“Gender bərabərliyi və qadın hüquqları” mövzusunda dəyirmi masa keçirilib. Gənclərə gender bərabərliyi, bərabər maddi rifah, bərabər imkanlar, qərarların qəbul edilməsi prosesində bərabərhüquqlu iştirak, resurslara və qazanclara bərabərhüquqlu nəzarət haqda məlumat verilib.
Dəyirmi masa Quba-Xaçmaz Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun təşkilatçılığı ilə baş tutub.