Qubada gənclər üçün maarifləndirici təlim keçiriləcək.
ShimalNews xəbər verir ki, "Karyera akademiyası" layihəsi çərçivəsində baş tutan görüşdə "CV-nin hazırlanması", "İstək məktubun hazırlanması" və "Müsahibəyə hazırlıq qaydaları" haqqında məlumatlar təqdim ediləcək.
Təlimlər 9, 10 və 11 sentyabr tarixlərində Quba "ASAN təlim" mərkəzi keçiriləcək. Qeydiyyat üçün link: https://forms.gle/mn4ALC3BHcw9mZu16
Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Quba "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.