Quba gəncləri arasında XII "Çağırış Kuboku"nun seçim turu həyata keçiriləcək. Bu barədə ShimalNews 10 fevral tarixində Azərbaycan Gənclər Fonduna istinadən xəbər verir.
Gənclər Fondu və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçiriləcək.
Kubokda 17-29 yaş arası tələbə gənclər 6 nəfərdən ibarət komanda toplamaqla qeydiyyatdan keçə bilərlər.
Son müraciət tarixi: 20.02.2023-cü il, saat 23:59.
Ətraflı məlumat üçün mobil nömrə: 051 422 49 00.
Qeydiyyat linki: https://bit.ly/chagrishKuboku