Qubalı gənclər üçün “CV center” layihəsi keçiriləcək. Bu barədə ShimalNews 11 noyabr tarixində GİKM-in Quba nümayəndəliyinə istinadən məlumat verir.
Karyera məsləhətçisi Eyvaz Xeyrullayevin təqdimatında baş tutan layihə 3 mərhələdən ibarət olacaq. Bu zaman “Düzgün "CV" necə tərtib olunur?”, “Araşdırma bacarıqları”, “Müsahibəyə hazırlıq”, “İşgüzar ünsiyyət qaydaları”, "PHN" metodu”, “Özünü tanıma” və s. mövzular haqqında məlumat veriləcək, CV yazmaq üçün faydalı saytlar gənclərə təqdim olunacaq.
Görüşlər 15, 18 və 22 noyabr tarixlərində baş tutacaq. İştirak etmək istəyənlər link üzrə qeydiyyatdan keçməlidirlər.
Ünvan: Quba Heydər Əliyev Mərkəzinin 3-cü mərtəbəsi.