FHN-in Şimal Regional Mərkəzi tərəfindən Quba rayonunda maarifləndirmə tədbiri keçirilib. Bu barədə ShimalNews 1 aprel tarixində nazirliyə istinadən məlumat verir.
Aşağı Atuc kənd tam orta məktəbində Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri təlim keçiriblər. Ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, yanğınların başvermə səbəbləri barədə məlumat verilib. İştirakçılara FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub. Bundan əlavə, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.