Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev Aşağı Atuc kəndinə səfər ediblər. Bu barədə ShimalNews 24 aprel tarixində məlumat verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş 11-ci siniflərin buraxılış imtahanlarında maksimum nəticə göstərərək 300 bal toplamış Sevil Gülməliyeva və onun müəllimləri ziyarət olunublar. Onlara təbriklər ünvanlanıb.