Qubada V Beynəlxalq Mahnı və Rəqs Festivalı keçirilib. Bu haqda ShimalNews 18 iyul tarixində məlumat verir.
“Dostluq körpüsü” adlı tədbir "Yaşıl teatr"da təşkil edilib. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Göyçay rayon və Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf mərkəzlərinin rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Tədbir Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi və Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub.