Qubada “Bir ağac-min nəfəs” aksiyası keçirilib. Bu haqda ShimalNews 5 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Aksiya “ASAN xidmət” mərkəzinin qarşısında təşkil edilib. Kampaniya zamanı vətəndaşlara sərv, tuya, tut, ağcaqayın və ərik tingləri paylanılıb.
“Bir ağac-min nəfəs” ETSN və “ASAN xidmət” mərkəzlərinin təşkilatçılığı təşkil edilib.