Qubanın Barlı kəndi ərazisində yüzlərlə meyvə ağacı əkilib. Bu barədə ShimalNews 3 aprel tarixində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna istinadən məlumat verir.
Aksiya adıçəkilən institutun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Ağacəkmənin məqsədi rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.