Kürdəmirin Şilyan kənd sakini Cəsarət Məmmədov və Karrar kənd sakini Mirələm Mehdiyev Qubada tapılıblar. Bu haqda ShimalNews 30 iyul tarixində məlumat verir.
Həmin şəxslər Şahdağ Milli Parkı ilə həmsərhəd olan "Babadağ" ziyarətgahından qayıdarkən yolu azmışdılar. Parkın əməkdaşları Tərlan Tağıyev, Saleh Hacıyev, Əziz Əmirov, Rəfayil Musayev, Habil Tağıyev, Baba Quliyev, İlham Hacıyev, Fazil Məmmədov, Əbülfəz Cəfərov, Asəf Mustafayev və Rəvayət Nəzərov axtarışları həyata keçiriblər.
İyulun 29-u Quba rayonunun Qarxun kəndi yaxınlığındakı yaylaq ərazisindən itkin düşənlər tapılaraq, ailələrinə təhvil veriliblər.