Qubada Azərbaycan tarixi fənni üzrə zona bilik yarışı keçirilib. Bu barədə ShimalNews 11 fevral tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Müsabiqədə Qırmızı Qəsəbə 1 saylı, Qəçrəş, Qələdüz, Küpçal, Digah, Üçkün, Qımılqazma, Qımıl və Küsnətqazma məktəblərinin şagirdlərindən ibarət komandalar biliklərini sınayıblar.
Yarışın sonunda Qəçrəs məktəbinin şagirdləri 1-ci yerə, Küpçal məktəbinin şagirdləri 2-ci yerə, Digah məktəbinin şagirdləri isə 3-cü yerə layiq görülüblər.