Quba “ASAN xidmət” mərkəzi 7, 8 və 9 noyabr tarixlərində fəaliyyət göstərməyəcək. Bu barədə ShimalNews 5 noyabr tarixində quruma istinadən məlumat verir.
Sözügedən mərkəzdə Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar sadalanan günlər qeyri – iş günləri olacaq. 10 noyabr tarixindən isə mərkəz adi iş rejimində vətəndaşlara xidmət göstərəcək.