Qubada ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər həyata keçirilib. Bu barədə ShimalNews 17 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Agentlik tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 49 ticarət və 9 ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Qubada monitorinq nəticəsində 3 obyektdə nöqsanlar müəyyən olunub.
Məsuliyyətə cəlb edilmiş müəssisələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
| Ticarət obyektləri | |||
| 1 | "Məhəmməd" market | Quba şəhəri, Fətəlixan küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
| 2 | Hüseynov Elvin Rauf oğluna məxsus mağaza | Quba şəhəri, Fətəlixan küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
| 3 | "Ramal" market | Quba rayonu, Ağbil kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |