Quba şəhərində yaşayış binasında yanğın baş verib. Bu haqda ShimalNews-a 13 fevral tarixində məlumat daxil olub.
Hadisə Ş.İ.Xətai küçəsinin yaxınlığında, əlillər binasının arxasında yerləşən binanın damında qeydə alınıb. Əraziyə 2 ədəd yanğınsöndürən maşın cəlb edilib. Yanğın hazırda söndürülür.
Hadisə nəticəsində xəsarət alan yoxdur.