Qubada 82 yaşlı kişi intihar edib. Bu haqda ShimalNews 22 fevral tarixində Lent.az-a istinadən məlumat verir.
Məlumata görə, Əlibəyqışlaq kənd sakini Nurbala Nəsirov dünyasını dəyişib. O, yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırılma aparılır.