Qubada yüngül atletika üzrə turnir keçirilib. Bu haqda 6 aprel tarixində Shimal.news Quba rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
İdman tədbiri şəhid Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində təşkil edilib. Yarış oğlanlar və qızlar arasında 100 metr məsafəyə qaçış üzrə keçirilib. Sonda qaliblər Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.