Qubada 1 nəfər dələduzluğun qurbanı olub. Bu haqda ShimalNews 5 avqust tarixində xəbər verir.
Polisə daxil olan məlumata əsasən, bir nəfər aldadılaraq onun “Mercedes” markalı avtomobili alınılıb. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Yaqubov Göyçay rayonu ərazisində avtomobillə birgə saxlanılıb.