ADPU-nun Quba filialının direktoruna fizika elmləri doktoru elmi dərəcəsi verilib. Bu barədə ShimalNews 20 dekabr tarixində məlumat verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 28.10.2022-ci il tarixli qərarı ilə dosent Yusif Alıyevə fizika elm sahəsinin Kristalloqrafiya, kristallar fizikası ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Yusif Alıyev təhsil sahəsində çalışsa da, həmçinin fizika üzrə elmi-tədqiqat işi ilə məşğul olan mütəxəssisdir. Onun 100-ə yaxın elmi məqaləsindən 52-si nüfuzlu elmmetrik bazalarda indekslənmiş impakt faktorlu jurnallarda çap olunub.