top
Qod Nisanov 53 yaşını qeyd edir
24 aprel 2025, 12:08
- ↺ +

Qod Nisanov 53 yaşını qeyd edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün adı “Forbes” jurnalının milyarderlər siyahısına daxil edilən, qubalı məşhur iş adamı  Qod Nisanovun doğum günüdür.

Qod Semyonoviç Nisanov Quba rayonunun Qırmızı Qəsəbəsində 24 aprel 1972-ci ildə anadan olub. O, Rusiyanın ən varlı iş adamlarından biridir.

Nisanov Bakıda indiki Maliyyə-İqtisad Kollecində təhsil alıb. 1990-cı ildən Qod Nisanov Moskvada bizneslə məşğul olmağa başlayıb. O, Moskvada olan zaman iş adamı Telman İsmayılovun rəhbəri olduğu “AST” şirkətində işləyib.

Nisanov 2001-ci ildə Moskvanın Lyublino rayonunda şəriki Zarah İliyevlə birgə “Moskva” ticarət mərkəzini təsis edib. İş adamı 2005-ci ildə “Biskvit” şirkətini və “Ukrayna” hotelini, 2006-cı ildə “Avropa” hotelini alır. Qod Nisanov və Zarah İliyevin biznesi Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olan İlham Rəhimovla ortaq olmasından sonra daha da tez inkişaf etməyə başlayır. Hal-hazırda Qod Nisanov və Zarah İliyevin Moskvada təxminən 14 milyon kvadratmetr daşınmaz əmlakı var.

2014-cü ildə Nisanov və Moskva meri Sobyanin ölkənin ilk aqroklasteri, 85 hektar ərazisi olan Rusiyanın ən böyük topdan və pərakəndə ərzaq mərkəzi “Food City”ni açıblar.

Qod Nisanov 2014-cü ildə 115 ölkədəki icmaları birləşdirən Dünya Yəhudi Konqresinin vitse-prezidenti seçilib. O, 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub. Nisanov “Tərəqqi” medalı və “3-cü dərəcəli Vətənə xidmət” ordenlərinə layiq görülüb.

Qod Nisanovun adı “Forbes” jurnalının milyarderlər siyahısına daxildir. “Forbes”in verdiyi məlumata görə, onun indiki xalis sərvəti 3,9 milyard dollar təşkil edir.

Hazırda Nisanova “Kiyevskaya ploşad” şirkətlər qrupu, “Moskva” avtomobil ticarət mərkəzi, “Radisson Collection Hotel Moscow” (“Ukrayna”) hoteli, “Evropeyski”  ticarət mərkəzi, “Radisson Royal” flotiliyası və s. məxsusdur. Onun rəhbərlik etdiyi şirkətlərdə 26 mindən artıq işçi çalışır.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər