Qubada Qırmızı Qəsəbənin yaradılmasının 290-cı ildönümü münasibətilə sərgi təşkil edilib. Bu haqda ShimalNews 16 avqust tarixində “Report”a istinadən məlumat verir.
Dağ Yəhudiləri Muzeyində keçirilən tədbirdə muzeyin direktoru İgor Şaulov Qırmızı Qəsəbənin tarixi, dağ yəhudilərinin müxtəlif dövrləri əhatə edən həyat tərzi, maddi və mənəvi irsi, mədəniyyəti və ənənələri barədə məlumatlar verib. Sərgidə gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, qurumun rəsmiləri, eləcə də Qırmızı Qəsəbənin yəhudi icmasının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Dağ Yəhudiləri Muzeyi ilə yaxından tanış olub, Qırmızı Qəsəbəyə həsr olunan videoçarxı izləyiblər.