top
Qırmızı qəsəbədə “Qurtuluş və Nicat Günü”nə həsr olunan sərgi açılıb - FOTO
28 may 2025, 09:43
- ↺ +

Qırmızı qəsəbədə “Qurtuluş və Nicat Günü”nə həsr olunan sərgi açılıb - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubadakı Qırmızı qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyində İkinci Dünya müharibəsində nasizm üzərində qələbəyə və yəhudi xalqının məhv olmaq təhlükəsindən xilasını simvolizə edən “Qurtuluş və Nicat Günü”nə həsr edilmiş sərgi açılıb.

Shimal.News xəbər verir ki, Dağ Yəhudiləri İrsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə müharibə zamanı həlak olan insanların xatirəsi yad edilib.

Dağ Yəhudiləri Muzeyinin direktoru İqor Şaulov Holokost faciəsi zamanı dağ yəhudilərinin üzləşdikləri çətinliklər və onlara qarşı törədilən qətliamların icmanın tarixində və həyatında dərin silinməz iz qoyduğunu bildirib. O, qələbənin və qurtuluşun böyük qurbanlar bahasına başa gəldiyini qeyd edərək, bu tarixin daim yaddaşlarda saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

İqor Şaulov tolerantlığı və multikulturallığı ilə dünya üçün nümunə olan və antisemitizmə qarşı çıxan Azərbaycanda uzun illər müxtəlif xalqların və dinlərin dinc, qarşılıqlı hörmət şəraitində yaşadığını, bu nizamın qorunub saxlanılmasında Prezident İlham Əliyevin böyük əməyinin olduğunu qeyd edib.

Sərgidə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik son illər dünyada ekstremizm və antisemitizm nümunələrinin yenidən baş qaldırdığını vurğulayaraq, bunun nəinki yəhudi xalqı, dünya üçün yeni təhlükələr yaratdığını bildirib. Səfir faciəvi tarixin bir daha təkrarlanmaması üçün dünyada yaşayan yəhudilərin birlik nümayiş etdirməsinin önəmini qeyd edib və yəhudi xalqının dünyada hər zaman sülh tərəfdarı olduğunu vurğulayıb.

İştirakçılar muzeydə qorunub saxlanılan nadir eksponatlarla və fotoşəkillərlə tanış olub, ziyarətçilərə icmanın tarixi, mədəni irsi və muzeyin bu irsin qorunmasında oynadığı rol barədə ətraflı məlumat təqdim olunub. Həmçinin Qırmızı qəsəbəyə bələdçilərin müşayiəti ilə ekskursiya təşkil edilib.

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər