Dünən Qubada qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yıxılma səbəbindən 14 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə müraciət edib.
Shimal.News xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.
Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.
Xəsarət alanlardan 5-i qadın, 9-u kişi olmaqla 8-i uşaq, digərləri isə 17-50 yaş arasında olan şəxslərdir. Onlardan 2 nəfərin vəziyyətinin ağırlığı nəzərə alınaraq xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Digərlərinə isə ilk zəruri yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.