Xaçmazda qanunsuz ov edən şəxslər tutulublar. Bu haqda ShimalNews 28 fevral tarixində Report-a istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayon sakinləri Anar Novruzov və Zülfüqar Mehrəliyev saxlanılıblar.
“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - xidmət rəsmisi Bəhruz Məhəmmədov söyləyib.